MŞ-ın icazəsiz aksiya qərarı: Məqsəd nədir?

MŞ-ın icazəsiz aksiya qərarı: Məqsəd nədir?

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov müxalif Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirib.

Mediainfo.az-ın xəbərinə görə, Ə.Əhmədov deyib ki, icazəsiz hər hansı hərəkətə yol vermək olmaz.

O bildirib ki, müxalifətə aksiya keçirmək üçün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb:

"Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə, onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq keçirmək üçün ən yaxşı yer stadion olar... Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtı ilə həmin stadionda mitinqlər keçirmişik".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya sentyabrın 28-də mitinq keçirməsi üçün Lökbatan qəsəbəsini təklif edib. Milli Şura isə həmin yerdə mitinq keçirməkdən imtina edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az