Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mediainfo.az xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb:
Fransa prezidentləri Azərbaycana rəsmi səfərlər etmişlər və keçən ilin iyul ayında mənim Fransaya səfərim çərçivəsində Prezident Makron ilə çox səmimi görüşümüz olub. Yüksək səviyyəli səfərlər bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Əlbəttə ki, parlamentlərarası əlaqələr ümumi əlaqələrimizin inkişafına çox mühüm töhfə vermişdir. Əminəm ki, sizin səfəriniz də bu istiqamətdə çox uğurlu və önəmli addım olacaqdır".
"Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Ölkənin birinci şəxsi tərəfindən səfirimizin müşayiət etdiyi nümayəndə heyətimizin qəbul edilməsindən şərəf hissi duyuruq. Səfir bu yaxınlarda təyin olunub və öz fəaliyyətinə artıq başlayıb. Şəxsən öz adımdan və Fransa adından Sizə və xanımınıza təşəkkürümüzü bildiririk ki, Prezident Şirakın vəfatı ilə əlaqədar siz dostluğunuzu nümayiş etdirdiniz. Dostluğun müddəti olmur. Siz bunu sübuta yetirdiniz. Ölkələrimizi səciyyələndirəcək bir söz olarsa, o, dostluq sözü olardı. Ölkələrimiz arasında güclü əlaqələr var. Çünki bir əsrdən çox müddət əvvəl sizin hökumətiniz Fransada mühacir olmuşdur. General de Qol hələ 1944-cü ildə burada olmuşdur".
Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































