Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib.
Medainfo.az verdiyi xəbərə görə, bu barədə "CNN" telekanalı 3 məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, diplomatın adı kəşfiyyat nümayəndəsinin ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Vladimir Zelenski arasındakı telefon danışığı ilə bağlı etdiyi yazılı şikayətdə qeyd edilib.
İddiaya görə, Volker Trampın şəxsi vəkili Rudi Culiani ilə Zelenskinin köməkçisi Andrey Yermak arasında görüş təşkil edib.
Dövlət Departamenti telekanalın bu məsələ ilə bağlı sualını şərh etməkdən imtina edib.
Qeyd edək ki, K. Volker 7 iyul 2017-ci ildən bu postda idi.
Mediainfo.az