Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Mediainfo.az-a bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib, əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu vurğulanıb.
Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb, bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.
Mediainfo.az