Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, biz Qarabağa dönəcəyik. Bunun üçün işlər görürük.
Mediainfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev "Qarabağın Harayı" adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.
T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar potensialının tükənmədiyini bildirib: "Ermənistanın baş naziri Nikol Paşinyanın son sərsəm açıqlamalarından sonra qısa olaraq onun yaddaşını təzələmək üçün xatırlatmaq istəyirəm ki, biz - Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsdiq olunmuş sənədləri ilə maraqlı tərəfik. Biz azərbaycanlılar qovulduğumuz o yerlərə qayıdacağıq. Bunun üçün zəmin hazırlamaq lazımdır və hazırlanır. Ölkə rəhbərliyi bununla bağlı danışıqlarda iştirak edir və danışıqlar potensialı tükənməyib. Danışıqlarla bağlı ümidlərimizi itirməmişik. Ermənilərin ifşa edilməsində, informasiya siyasətində üstünlük əldə edilməsi üçün hər birimiz fəaliyyət göstəririk, ermənilərin yalanlarının ifşa edilməsi üçün informasiya müharibəsini davam etdiririk".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






