Nəsimi festivalı zamanı VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq

Nəsimi festivalı zamanı VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq "Tullantıdan sənətə" sərgisi açılacaq.

Heydər Əliyev Fondundan Mediainfo.az-a verilən məlumata görə, layihə Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery" incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.

Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunacaq. Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim olunacaq. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.

Hazırda rəssamlar Qala qəsəbəsində əsərlər üzərində işləyir.

"Tullantıdan sənətə" sərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsində "Tullantıdan sənətə" muzeyi də fəaliyyət göstərir. Layihə tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü nümayiş etdirir. Əsas məqsəd əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, insanları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az