Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Türkiyə Ermənistanın Azərbaycana qarşı qanunsuz mövqeyini pisləyib.
Mediainfo.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt Qrupunun iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.
Nazir bildirib: "İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun iclasında yenə də Ermənistanın qanunsuz mövqeyini yenidən pisləmişik".
M.Çavuşoğlu deyib ki, Kontakt Qrupunun Azərbaycanın haqlı işində ona dəstək verilməsinin əhəmiyyəti vurğulanıb".
Mediainfo.az