Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq
etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Muzeylə tanışlıq zamanı Mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat veriblər.
Xovlu və xovsuz xalçalar, xalça məmulatları, xüsusilə məfrəş və çul, dəvəli şəddə qonaqların böyük marağına səbəb olub. Ekspozisiya ilə tanış olarkən qonaqlar canlı olaraq toxuculuq prosesini izləyib, toxucularla söhbət ediblər.
Muzeylə tanışlıqdan sonra Li Canşu muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd edib.
Fəxri qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edilib. Li Canşu təşəkkürünü bildirərək muzeylə tanışlıqdan çox məmnun olduğunu deyib. O, gələcəkdə iki ölkənin xalça və tikmə sənətkarları arasında təcrübə mübadiləsinin aparılması və ustad dərslərinin keçirilməsini təklif edib, mədəniyyətlərimizin təbliği sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.



Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































