Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən və strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcudluğu vurğulanıb.
Nazirlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri Azərbaycanın, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Türk Şurasının qarşıdan gələn 7-ci Zirvə görüşünə hazırlıq işləri barədə həmkarına məlumat verib və Baş Nazir Viktor Orban başda olmaqla Macarıstan nümayəndə heyətini tezliklə Bakıda salamlamaqdan məmnun olacağımızı qeyd edib.
Nazir Elmar Məmmədyarov Macar həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin son vəziyyəti ilə bağlı məlumat verib və münaqişənin BMT TŞ-nin qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərarları əsasında həll olunmasının vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































