Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba şəhərində həmin şəhərin vətəndaşlarını qəbul edib.
Mediainfo.az-a daxil olan məlumata görə, qəbuldan əvvəl S.Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Vətəndaşlarla görüşdə əlilliyin qiymətləndirilməsi, onların bərpa müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, həmçinin vətəndaşların bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına, reabilitasiya tədbirlərinə cəlb edilmələri tapşırılıb, ətraflı izahatlar verilib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































