Sentyabrın 18-də Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Mediainfo,az-ın məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkəmizin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır və eyni zamanda, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi məhz Gürcüstandan keçməklə ixrac edilir.
Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksək gərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin gedişi və Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji həlqəsi geniş müzakirə olunub.
Mediainfo,az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






