"Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi vəziyyətini tamam dəyişdi".
Mediainfo.az-ın məlumatına görə, bunu "Əsrin müqaviləsi"nin bağlanmasının 25 illiyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
O bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın iqtisadi vəziyyəti çox pis vəziyyətdə idi: "Respublikamız yenicə müstəqil olmuş, əlaqələr kəsilmişdi. Bundan başqa, SSRİ-nin son illərində Azərbaycanın neft sənayesinə bir o qədər fikir verilmirdi. Müstəqillik illərində isə "Günəşli", "Azəri-Çıraq" yataqları açılsa da, ancaq "Günəşli"nin 200 metrə qədər sahəsində işləmək mümkün idi".
X.Yusifzadə "Əsrin müqaviləsi"nin Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb: "Çünki bu müqavilə Azərbaycanın iqtisadi inkişafını təmin etdi. Azərbaycanda tez bir zamanda inkişaf etdiriləcək, sosial inkişafı təmin edəcək ayrı bir sahə də yox idi. Neftin hasil olunması, açılmış yataqların işə salınması üçün Heydər Əliyev neftçiləri toplayaraq belə qərara gəldi ki, mütləq xarici şirkətlərlə əməkdaşlıq etməliyik. Özümüzə qalsaydı, gərək 30-40 il gözləyəydik. Əlbəttə, bunun əleyhdarları da var idi. Amma bu sosial vəziyyətdə 30-40 il gözləyə bilməzdik. "Əsrin müqaviləsi" respublikanın sosial vəziyyətində dönüş yaratdı. Əgər biz 1997-ci ildə maksimum 9 milyon ton neft hasil edirdiksə, 2010-cu ildə 51 milyon ton neft hasil etdik. Bundan sonra xarici ölkələrin bizə inamı artdı, müqavilələrin sayı 35-ə çatdı. Neftdən gələn gəlirlər bütün respublikanın sosial vəziyyətinin düzəlməsini təmin etdi".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





