Sentyabrın 17-də BMT Baş Assambleyasının növbəti, 74-cü sessiyası Nyu York vaxtı ilə 15:00-da öz işinə başlayır.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, sessiyada qlobal problemlərin bütün spektrini əhatələyən - kəskin regional münaqişələrdən tutmuş dövrümüzün əsas iqtisadi, ekoloji və humanitar problemlərini özündə əks etdirən 170-dən çox məsələ müzakirə ediləcək.
Səmimi salamlama nitqini əvvəllər Nigeriyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Tijani Muhammad-Bande edəcək.
O, əvvəlki sələfi - ekvadorlu Maria Fernanda Espinosanı əvəzləyəcək.
Sessiyada həmçinin ölkə nümayəndə heyətlərinin akkreditasiyası ilə məşğul olan etimadnamə komitəsinin üzvləri təyin ediləcək.
Qeyd edək ki, Baş Assambleyanın rəhbəri vəzifəsinə yeganə namizəd olan Məhəmməd-Bande əvvəllər hərbi konfliktlər zamanı bütün səylərini terrorizm, aclıq, yoxsulluq, gender bərabərsizliyi və zorakılığa qarşı mübarizəyə yönəltmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin iqlim dəyişikliyinin qarşısının alınması və təhsil proqramlarına diqqət yetirəcəyinə söz verib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































