"Sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik günüdür. İlk dəfə məktəbə gedənlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm".
Mediainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir: "Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar".
Baş nazirin müavini vurğulayıb ki, məktəbə qayğı tək dövlətin deyil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır: "İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin, uşaq və gənclərimizdə kitaba məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































