Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər.

Mediainfo.az xəbər verir ki, səfərin məqsədi Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirində iştirak etməkdir.

Deputatlarımız "Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti" mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Səfər sentyabrın 19-da başa çatacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az