Sentaybrın 16-da Yaponiyanın "Nissan" avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib.
Kyodo agentliyi xəbər verir ki, onun əvəzedicisi cari il oktyabrın sonlarında təyin ediləcək.
Qeyd edilir ki, yüksək məbləğdə mükafatlar aldığını bu günlərdə etiraf edən H.Saikavanın istefası şirkətin gəlirlərinin bərabərləşdirilməsi və Fransanın "Renault" şirkətilə əməkdaşlığının möhkəmləndirilməsi ilə əlaqələndirilir. Daxili araşdırmalar zamanı H.Saikavanın əsassız olaraq 47 milyon yen (təqribən 434 min dollar) məbləğində mükafat aldığı məlum olub.
H.Saikavanı müvəqqəti olaraq həm "Nissan", həm də "Renault" şirkətlərinin direktorlar şurasının üzvü 63 yaşlı Yasuhiro Yamauçi əvəz edəcək. H.Saikavanın varisinin qarşısında şirkətin "Renault" ilə əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifə durur.
Yaponiyanın avtomobil istehsalı sahəsində ikinci yeri tutan "Nissan" şirkəti qarşıdakı 3 ildə 12,5 min işçinin ixtisarı planını elan edib.
AzərTac
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





