Döyüşü uduzsaq, nüvə zərbəsi endirəcəyik - Dünya şokda

Döyüşü uduzsaq, nüvə zərbəsi endirəcəyik - Dünya şokda

Kəşmir böhranı ilə əlaqədar aralarında gərginlik yaranan iki nüvə gücü olan Hindistan və Pakistanın qarşılıqlı nüvə təhdidləri davam edir.

Pakistanın Baş naziri İmran Xan Hindistana qarşı nüvə gücündən istifadə ehtimalının olduğunu bir daha təkrarlayıb.

Baş nazir konvansionel (kütləvi qırğın silahlardan istifadə olunmadan üzbəüz müharibə -red.) bir döyüşü uduzacaqları halda, vətəndaşların ölümünə qədər mübarizə aparacaqlarını söyləyib.

"Allah qorusun... Ənənəvi üsullarla aparılan bir müharibəyə girsəniz və uduzmaqda olsanız, iki seçim var: Ya təslim olarsunuz, ya da azadlığınız uğrunda ölümünə qədər mübarizə apararsınız. Bilirəm ki, pakistanlılar azadlıqları uğrunda ölümünə qədər mübarizə aparacaqlar. Nüvə silahı olan bir güc ölümünə qədər mübarizə etmək qərarına gələrsə, bunun nəticələri olacaq", - baş nazir qeyd edib.

İmran Xan qonşu Hindistanla hər cür problemləri dialoq yolu ilə həll etməyə hazır olduqlarını əlavə edib.

Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.

Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. "Business Insider" dərgisinə görə, Pakistan 140, Hindistanın isə 130 nüvə bombasının olduğu ehtimsal edilir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az