Ucar Rayon Polis Şöbəsinin əməkdaşları övladları bu il məktəbə gedəcək şəhid və aztəminatlı ailələrə baş çəkiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Azərtaca bildiriblər ki, onlar azyaşlılara çanta və gündəlik dərs ləvazimatları hədiyyə ediblər.
Polis əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar onları təbrik edib, uğurlar arzulayıblar.
Valideynlər bu diqqət və qayğıdan məmnunluqlarını ifadə edib, belə tədbirin keçirilməsində əməyi olan Daxili İşlər Nazirliyinin və Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































