ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Çarli Kupperman icra edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı Ağ Ev yayıb.
Qeyd edək ki, Bolton dünən gözlənilmədən Tramp tərəfindən istefaya göndərilib. Tramp Boltonu istefaya göndərməsinə səbəb kimi onunla fikirlərinin üst-üstə düşməməsini göstərib. Bolton isə Trampdan istefasını özünün istədiyini bəyan edib.
ABŞ mətbuatı tərəflər arasında fikir ayrılığının daha çox Əfqanıstan, İran, Rusiya və Venesuela məsələsində yaşandığı haqqında məlumat yayıb. Belə ki, Bolton vitse-prezident Mayk Penslə birgə Trampın Əfqanıstan Prezidenti Əşrəf Qəni və Taliban liderləri ilə ABŞ-dakı məxfi görüşünün keçirilməsinə kəskin etiraz edib.
Milliyətcə yəhudi olan Kuperman Boltonun bundan öncə müavini olub. Kuperman bundan öncə Təhlükəsizlik Siyasəti Mərkəzinə rəhbərlik edib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





