ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya hökumətində olan informatoru Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı Oleq Smolenkov ola bilər.
Axar.az xəbər verir ki, bu məlumatı "Kommersant" yayıb. Qəzet məhz bu şəxsin 2017-ci ildə Montoneqroya ailəsi ilə birgə istirahətə getdikdən sonra yoxa çıxdığını yazıb.
Smolenkovun Putinin köməkçisi Yuri Uşakovla Rusiyanın ABŞ-dakı səfirliyində çalışdığı və Moskvaya geri döndükdən sonra Uşakovun yanında - Prezident Administrasiyasında işləməyə davam etdiyi bildirilib. Bununla belə qəzetin mənbələri Smolenkovun amerikalılara dəyərli informasiya verəcəyinə inanmadıqlarını, casusun Prezident Administrasiyasında daha çox texniki işlərlə məşğul olduğunu bəyan ediblər.
2017-ci ildə Smolenkov, həyat yoldaşı və üç övladının Montoneqroda itməsindən sonra Rusiya İstintaq Komitəsi onların öldürülməsiylə bağlı cinayət işi başladıb. Cinayət işiylə bağlı istintaq bir neçə dəfə dayandırılsa da, sonradan yenilənib. Bununla belə aparılan araşdırmalardan Rusiya Federal Təhlükəsizlik Xidməti Smolenkovların sağ olduğunu və başqa ölkələrdə yaşadıqlarını öyrənə bilib.
"Kommersant" həmçinin Smolenkovların hazırda Virciniyada 2018-ci ilin 5 iyununda 1,2 hektar həyəti olan 760 kvadrat metrlik mülk aldıqlarını da bildirib. Onun gizlənmədən Vaşinqton yaxınlığında yaşadığı və dövlətin mühafizəsi altında olduğu vurğulanıb.
Qeyd edək ki, bundan öncə CNN öz mənbələrinə istinadən Kremldə ABŞ-ın məxfi casusunun olduğu və onun Rusiyadan 2017-ci ildə qaçırıldığı haqqında məlumat yaymışdı.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































