Paşinyan həbs olunana qədər "siyasi meyit" hesab olunan Köçəryanı dirildərək özünə qarşı güclü müxalifət mərkəzi yaratdı.
Axar.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram qeyd edib. O bildirib ki, Paşinyan uğursuzluqları ilə karikatur fiqura dönməkdədir:
"Paşinyan hakimiyətə gələndən ilk vəzifələri kimi "1 mart" işinin açılmasını və korrupsiya ilə mübarizəni elan etmişdi. Əslində "1 mart"ın açılması və korrupsiya ilə mübarizə elə keçmiş hakimiyət nümayəndələri ilə mübarizədir. Paşinyan və tərəfdarları bu işə böyük inqilabi enerjiylə girişdilər. Bir neçə aydan sonra qısa fasilələrlə Paşinyan bəyan etdi ki, 1 mart işi açılıb və korrupsiyaya tam qalib gəlmişik. Lakin indiyə kimi korrupsiya işi ilə bağlı heç bir məhkəmə qərarı çıxarılmayıb. "1 mart işi"nə gəldikdə isə ötən gün Konstitusiya Məhkəməsi Köçəryanın həbsdə saxlanmasının qeyri-qanuni olması barədə qərarını elan etdi. Hazırda Köçəryanın azadlığa buraxılması ilə bağlı hüquqi prosedurlar işə salınır və çox güman ki, o, tezliklə azadlıqda olacaq. Köçəryan həbs olunana kimi Ermənistanda "siyasi meyit" hesab olunurdu. Nikol isə onu axmaqcasına diriltdi və özünə qarşı güclü müxalifət mərkəzi yaratdı".
Ekspertin sözlərinə görə, Paşinyanın daxili və xarici düşmənləri ilə hazırlıqsız döyüşə girməsi onun hakimiyyəti üçün risk yaradır.
N.Bayram həmçinin qeyd edib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri Azərbaycanı müharibə fikrindən daşındırmaq məqsədi güdür:
"Torpaqlarımızın işğaldan azad olunması vəzifəsi qarşımızda durmasaydı, "ilanın ağına da lənət, qarasına da" deyib, düşmən düşərgəsində baş verənlərdən yan ötərdik. Lakin Paşinyanın hakimiyyətdə olduğu 1.5 il ərzində ölkəsinin sosial-iqtisadi və digər sahələrində heç bir nailiyyət əldə edə bilməməsi, üstəlik qüdrətli daxili və xarici düşmənləri ilə hazırlıqsız döyüşə girməsi Köçəryanın Ermənistanda hakimiyətə gəlmək perspektivlərinə yol açır. Bununla düşmən düşərgəsində daxili gərginlik qarşıdurma həddinə gəlib. Bu kontekstdə güman edirəm, Patruşevin Bakıya səfərinin əsas məqsədi Azərbaycanı Ermənistanda gözlənilən proseslərdən torpaqlarını azad etmək üçün yararlanmaq fikrindən çəkindirmək ola bilər".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-dən Bakıda səfərdədir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































