Azərbaycan sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.
Mediainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə sabahdan qüvvəyə minəcək qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub.
Həmçinin, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.
Xatırladaq ki, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi.
Cari ilin iyulunda isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota
ünvanlanmışdı.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə











.jpg)
















.jpg)



















.jpg)



