Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
"Əgər ABŞ danışıqlar istəyirsə, İrana qarşı iqtisadi terrorizmə son qoysun".
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamaısnda deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran xalqı əleyhinə iqtisadi müharibə aparır: "ABŞ İrana qarşı iqtisadi müharibəni və terroru dayandırana qədər bu ölkə ilə əməkdaşlıq edə bilmərik".
C.Zərif deyib ki, İran ABŞ rəsmilərinin yalnız görüş xətrinə hansısa iclası keçirməsini istəmir: "Biz istəyirik ki, görüşək və danışıq aparaq. Amma bir şərtlə ki, bu görüşlərin və danışıqların nəticəsi olsun".