İfrat artım: Paytaxt dəyişdirilir

İfrat artım: Paytaxt dəyişdirilir

İndoneziyanın paytaxtı Yava adasındakı Cakarta şəhərindən köçürüləcək. Buna səbəb paytaxt əhalisinin ifrat şəkildə artaraq 10 milyona yaxınlaşması nəticəsində bir çox problemlərin yaranmasıdır.

Bu barədə ölkə Prezidendi Coko Vidodo ötən gün keçirdiyi mətbuat konfransında deyib.

O, hökumətin son üç il ərzində apardığı hərtərəfli araşdırmalar nəticəsində yeni paytaxtı Şərqi Kalimantan əyalətində, Şimali Penacam və Kutai Kertaneqara bölgələri arasında salmaq qərarına gəldiklərini açıqlayıb. Hökumət bu barədə müvafiq qanun layihəsi hazırlayıb, Xalq Nümayəndələri Evinə (parlament) təqdim edəcək və təsdiqlənəcəyi təqdirdə tikinti işlərinə xüsusi ayrılmış 40 min hektaradək ərazidə gələn ildən başlanacaq. Hökumət qurumlarının 2024-cü ildə yeni məkana köçürülməsinə başlanacaq.

Dövlət başçısı Kalimantan adasının şərq sahillərində, Balikpapan şəhərindən cənub-qərbdə (Cakartadan 1000 kilometrdən artıq məsafədə) yerləşəcək və təqribən, 1,5 milyon əhalisi olacağını güman etdikləri yeni paytaxtın salınmasının 466 trilyon rupiyə, yəni 32,7 milyard ABŞ dollarına başa gələcəyini, bu vəsaitin 19 faizinin dövlət büdcəsindən, qalan hissəsinin də ictimai-özəl tərəfdaşlardan və özəl mənbələrdən cəlb olunacağını da bildirib.

Qeyd olunur ki, İndoneziyanın nəhəng əhalisinin 60 faizinin cəmləşdiyi Yava adasından dörd dəfə böyük olduğu halda milli məhsulun onda birindən də az hissəsini verən Kalimantan adası arxipelaqın mərkəz hissəsində yerləşdiyi, burada həmçinin Malayziya və Bruney ərazilərinin də olması baxımdan da paytaxt üçün əlverişli sayılır.

Yeni paytaxtın daha çox siyasi-inzibati mərkəz kimi düşünüldüyü halda Cakartanın ölkənin iqtisadi mərkəzi olaraq qalacağı güman edilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az