İstintaq təcridxanasında olan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayeva ilə görüşməsinə icazə verilib.
Bu haqda həbsdə olan keçmiş prezidentin vəkili Sergey Slesarev "Azadlıq" radiosunun qırğız xidmətinə məlumat verib.
S. Slesarev eyni zamanda Atambayevə də baş çəkdiyini və eks-prezidentin səhhətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqustun 8-də hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub. Bundan əvvəl isə dövlət başçısının özü və tərəfdarları onu həbs etməyə gələn xüsusi təyinatlılara müqavimət göstərib, nəticədə bir xüsusi təyinatlı zabit öldürülüb.
Məhkəmənin qərarı ilə Atambayev oktyabrın 26-dək Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılmalıdır. Baş Prokurorluq sabiq prezidenti bir sıra ağır cinayətlərdə, o cümlədən Köy-Taş kəndindəki hadisələrdə, çeçen kriminal avtoritet Əziz Batukayevin həbsdənqanunsuz olaraq azad edilməsində, korrupsiyada və digər cinayətlərdə ittiham edib.Vəkil Sergey Slesarevin sözlərinə görə, Atambayevə 14 şübhəli cinayətlər barədə bildiriş verilib.
(virtualaz.org)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































