Leyla Əliyeva retro avtomobillərin yürüşündə

Leyla Əliyeva retro avtomobillərin yürüşündə

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

Azərtac xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib.

Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də, Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib.

Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Yürüş-sərgidə "Ford Model A" (1930), "Fiat Balilla" (1933), "Mercedes Benz 220 B Cabrio" (1952), "Chevrolet Corvette" (1960), "Cadillac Eldorado" (1974), "VAZ 21011" – milis (1973), "Qaz 13"- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az