Azərbaycana qarşı aparılan bu kampaniyanın əsas məqsədi Azərbaycan dövlətini və cəmiyyətini dağıtmaq, min illər ərzində formalaşmaşı milli ənənələri məhv etmək və son nəticədə dövlətdən və milli ənənənələrdən məhrum olmuş müdafiəsiz azərbaycanlıları idarə etməkdir.
Bu sözləri millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, bu prosses ən müxtəlif və müasir texnologiyalar ilə aparılır, xeyli maliyyə vəsaiti xərclənir, digər ölkələrlə sınaqdan çıxmış dağıdıcı texnoloji və psixoloji alətlərdən istifadə olunur:
"Bu kampaniyalar bütövlükdə Azərbaycana qarşı aparılan texnoloji müharibədir. Bu müharibəni maliyyələşdirən, saxta və ya qəsdən dəyişdirilmiş informasiyalar ilə təmin edənlər Azərbaycanın müstəqilliyini, regionda mövcudluğunu, güclü və firavan olmasını istəməyən qüvvələrdir. Onlar həm ölkə xaricində, həm də ölkə daxilində mövcuddurlar. Ümumiyyətlə, bu qüvvələrin əsas məqsədi nəinki dövləti, bütövlükdə hakimiyyəti, sağlam müxalifəti, ziyalıları, parlament üzvlərini gözdən salmaq və beləliklə də ölkədə sağlam inkişaf mühitinin güclənməsini imkan verməməkdir. Düşünürəm ki, bu texnoloji müharibədə döyüşmək, mübarizə apararaq bu qüvvələrin istəyinə, az da olsa, nail olmalarına imkan verməmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki texnoloji dünya artıq reallıqdır, bu dünyanın sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































