Böyük Britaniya Breksitdən sonra neft, qida və dərman böhranı ilə üzləşəcək.
Bu barədə "Sandi Tayms" nəşri məlumat yayıb.
Qəzet İngiltərənin Breksitlə bağlı xaos ssenarisinin mediaya sızdığını bildirib. Nəşr şok ssenarinin məzmununu "Sarı çəkic əməliyyatı" adı altında paylaşıb.
"İngiltərənin bir hissəsi olan Şimali İrlandiya ilə Avropa Birliyi (AB) üzvü İrlandiya Respublikası arasında sərhəd çəkiləcək. Bu, bölgədə etirazların artmasına səbəb olacaq və İngiltərə muxtar bölgəyə birbaşa müdaxilə etmək məcburiyyətində qalacaq. AB sərhədlərində yaşanacaq gömrük gecikmələri ölkəyə neft gətirilməsini gecikdirəcək. Bu, başda London olmaqla, ölkənin cənub-şərqinə mənfi təsir edəcək.
AB hava limanlarında, İngiltərə ilə AB arasındakı qatar reyslərində, yollarda və gəmi səfərlərində gecikmələr olacaq.
İngiltərəyə dərmanların 4/3-ü AB vasitəsilə gətirildiyi üçün dərman tədarükündə problemlər olacaq. Bu da öz növbəsində heyvandarlığa təsir göstərəcək. Breksit xəstəliklərlə mübarizəni də çətinləşdirəcək.
Yeni qida tədarükündə yaranacaq problemlər qiymət artımına səbəb olacaq, bundan ən çox əhalinin kasıb təbəqəsi zərər çəkəcək.
Bu ssenari ölkədəki kiçik və orta şirkətlərə təsir göstərəcək.
İngiltərə polis qüvvəsinin böyük bir hissəsi ölkə səviyyəsində baş verəcək etirazların qarşısının alınmasına cəlb ediləcək", - məlumatda qeyd edilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



.jpg)










.jpg)
















.jpg)



















.jpg)
