Qaşqaylar: "Yaşasın Azərbaycan!"

Qaşqaylar: "Yaşasın Azərbaycan!"

İran liqasında Şirazın "Qaşqay" futbol komandası Kirmanın "Mis" komandasına 3:1 qalib gəlib.

İran çempionatının I dəstəsinin oyunları çərçivəsində keçirilən görüş Şirazın "Hafeziyyə" stadionunda baş tutub.

Oyunu izləyən Qaşqay türkləri "Türkcə mənim dilimdir – Qaşqay sevgilimdir" və "Yaşasın Azərbaycan!" plakatları qaldırıblar. Onlar həmçinin "Traktor" futbol komandasının loqosunu nümayiş etdirərək İran coğrafiyasında yaşayan türk elləri arasında birlik olduğunu görüntüləyiblər.

Soydaşlarımız qaldırdıqları plakatla türk dilində təhsil almaq və bu dilin rəsmi olmasını da tələb ediblər.

Qeyd edək ki, Qaşqay türkləri İranda Şiraz və ətraf bölgələrdə yaşayır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az