Moskvada etirazçılar Kremli dalana dirəyib.
Bu iddia ilə "Tayms" qəzeti çıxış edib.
Qəzet hazırda Rusiya Prezidenti Vladimir Putinin Moskvadakı etirazların digər şəhərlərə də yayılacağından qorxduğunu bildirib:
"O, dilemma qarşısındadır. Ya repressiya tətbiq edərək, dəstəyi artan etirazçıları sıxışdırmalı, ya da ki, güzəştlər edilməlidir".
"Tayms" etirazçılara güc tətbiqinin hökumət üçün riskli olduğunu yazıb:
"Çünki bu yay baş tutan aksiyalar göstərdi ki, güc tətbiqi yalnız etirazçıların güclənməsinə xidmət edir. Ona görə də Rusiya prezidentinə yalnız etirazların 2012-ci ildə olduğu kimi sakitləşərək dağılmasına ümid etməkdən başqa heç nə qalmır. Lakin hazırkı iqtisadi problemlər və əmək haqlarında azalma olduğu dönəmdə bunun reallaşması inandırıcı görünmür. Əgər Putin etirazçıların öhdəsindən gəlməsə, onun itirəcəyi çox şey olacaq".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































