Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevə yeni ittihamlar irəli sürülüb.
Ona qarşı daha 2 maddə ilə ittiham irəli sürülüb. Yeni ittihamlar İstilik Elektrik Stansiyasının tikintisi və ofis alınması ilə bağlıdır.
Qeyd edək ki, Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub.
Bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib.
O deyib ki, Bişkekdəki "Forum" binası, sabiq prezidentin nəzarət etdiyi "Aprel" televiziya kanalı və digər obyektlər onların arasındadır.
Xatırladırıq ki, sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 adam yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, müalicəni davam etdirmək üçün sonradan Moskvaya aparılıb.
Onu da deyək ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



.jpg)










.jpg)
















.jpg)



















.jpg)
