ABŞ Prezidenti Donald Trampın Dağlıq Qarabağ separatçılarına yardımı kəsməsi iki qüvvəni – Vaşinqtondakı Erməni Milli Komitəsini və Konqresdəki ermənipərəstləri hərəkətə gətirib.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu iki qüvvə güclərini birləşdirərək Donald Trampa təzyiqi artırıblar ki, Ağ Ev erməni separatçılarına maliyyəni kəsməsin:
"Erməni separatçıları illərdir fəxrlə deyirdilər ki, Dağlıq Qarabağ ABŞ-ın maliyyə ayırdığı yeganə "tanınmayan bölgədir". İndi bu "statusdan" məhrum olmağa yaxın olan separatçılar bütün güclərini Ağ Evin qərarına qarşı səfərbər edirlər.
Tramp tərs prezidentdir və adətən dediyini və planlaşdırdığını edir. Ağ Ev sahibi heç kimə müftə pul paylamır. Ancaq Trampa tam arxayın olmağa da dəyməz. Vaşinqtondakı bütün ermənipərəstlərin səyi nəticəsində Trampa erməni separatçılarına yardımın dayandırılmasına görə etiraz edən konqresmenlərin sayı bir həftənin içərisində 89-dan 105-ə çatıb.
Beləliklə, ermənipərəstlərin Ağ Evə və Dövlət Departamentinə təzyiqi artır. Biz buna seyrçi qalmamalıyıq. Əlbəttə, erməni lobbisinin ABŞ-da və Konqresdəki gücü bəllidir. Buna baxmayaraq, ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Vaşinqtondakı səfirliyimizlə birgə nəsə planı var. Ağ Evin hazırkı sahibi və Dövlət Departamenti Azərbaycanın ABŞ üçün Ermənistandan daha dəyərli olduğunu bilir. Sadəcə, bu dəyəri imkan daxilində onların beyinlərində gücləndirmək lazımdır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































