Körfəz ölkələrinə xəbərdarlıq edilib
28 Oktyabr 13:33
Suriyadakı təhlükəsizlik bölgəsi ilə bağlı əldə edilən razılaşma çox əhəmiyyətli bir addımdır.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson Türkiyə ilə əldə edilən razılaşma barədə danışarkən deyib.
Robertson deyib ki, bu razılaşma ilə kifayətlənməməli, daha çox işlər görülməlidir.
O qeyd edib ki, təhlükəsizlik mexanizmi mərhələli şəkildə tətbiq edilməli, bəzi fəaliyyətlər isə sürətli şəkildə həyata keçirilməlidir.