Bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda çıxış edən Sooronbay Jeenbekov sabiq Prezident Almazbek Atambayevin hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərərək ölkə Konstitusiyasını və qanunlarını kobud surətdə pozduğunu bildirib. Dövlət başçısı deyib ki, Qırğızıstan hüquqi və sivil dövlətdir, ölkənin bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə cavab verməlidir. Prezidentin sözlərinə görə, ölkədə qanunçuluğun, sülhün və təhlükəsizliyin qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.
İclasda Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, Daxili İşlər naziri Kaşkar Junuşaliev və Baş prokuror Otkurbek Jamşidov yaranmış vəziyyət haqqında məlumat veriblər.
Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, hökumət qüvvələri ilə sabiq Prezident Almazbek Atambayevin tərəfdaşları arasında olan qarşıdurmada yaralananların sayı 52 nəfərə çatıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































