Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Cəmmu və Kəşmir ştatında 560-a yaxın şəxs saxlanılıb.
Saxlanılanlar arasında fəallar, bir sıra tanınmış siyasi xadimlər, ştatın sabiq nazirləri Ömər Abdulla və Məhbub Mufti də var.
Qeyd edək ki, avqustun 5-də Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq, birbaşa federal hökumət tərəfindən idarə olunur. Cəmmu və Kəşmirin bir sıra bölgələrində Hindistan hökumətinin bu qərarına qarşı kütləvi etirazlar keçirilir. (apa)