Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir və hər gün azalan reytinqinin yüksəlməsi üçün daxili auditoriyaya etdiyi populist müraciətdir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Hikmət Babaoğlu axar-az- açıqlamasında deyib. O, Paşinyanın bu açıqlamasının Ermənistanın işğalçı dövlət olmasını sübut etdiyini söyləyib:
"Paşinyan dediyi sözlərə özü belə inanmır. Aprel döyüşlərindən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ancaq hazırkı vəziyyətdə bir ölkənin rəsmi baş nazirinin başqa ölkənin torpaqlarını özününkü hesab etməsi və oraya gəlməsi beynəlxalq hüququn pozulması, eyni zamanda, Ermənistanın işğalçı dövlət olmasının sübutudur" .
Millət vəkilinin sözlərinə görə, Paşiyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır:
"Əks təqdirdə bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti ilə hazırdır. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırımsürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib, problemin həlli ilə bağlı konkret addımlar atsınlar" .
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.jpg)










.jpg)
















.jpg)


















