ABŞ sanksiyalarına baxmayaraq, İranla Azərbaycan arasındakı əməkdaşlıq və əlaqələr müxtəlif sahələrdə inkişaf edir.
Bu sözləri İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib.
Azərbaycan, Rusiya və İran prezidentləri arasında qarşıdan gələn üçtərəfli sammitdən bəhs edən Vaezi, sammitin ölkələr arasında, xüsusən ticarət birjalarında əməkdaşlığın daha da irəliləməsinə zəmin yaradacağını vurğulayıb.
O, Tehran-Bakı arasında hərtərəfli əlaqələrdən və ölkələr arasında keçən ilə nəzərən iki dəfə artan ticarət mübadiləsindən də danışıb: "Tehran və Bakı əczaçılıq, avtomobil sənayesi, müştərək investisiya, regional məsələlər və sərhəd sahəsində çox yaxşı şəkildə əməkdaşlıq edir".
O, son beş ildə iki qonşu ölkə arasında prezidentlərin görüşlərinin 12 dəfə keçirilməsini Tehran və Bakı arasındakı münasibətlərin inkişafının göstəricisi olduğunu açıqlayıb.
Şahin Mustafayev öz növbəsində iki ölkə və xalqlar arasında münasibətlərin genişlənməsindən və ikitərəfli etimaddan məmnunluğunu bildirib, dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Nazir ABŞ-ın təzyiqləri və sanksiyalarının İranla ikitərəfli əlaqələrə təsir etmədiyini də vurğulayıb:
"Keçən illə müqayisədə Tehran-Bakı arasında mövcud olan ticarət birjaları iki qat artıb. İran şirkətlərinin Azərbaycanda iştirakı nəzərəçarpacaq artımla müşayiət olunur".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































