Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları-2019" yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Müdafiə naziri həmçinin Bütün Dünya Sülhməramlılarına həsr edilmiş heykəltaraşlıq kompozisiyasının açılış mərasimində iştirak edib.
Sonra general-polkovnik Z.Həsənov "Səhra mətbəxi" müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və "Tank biatlonu" müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.
Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən "Dəniz kuboku" ilə yanaşı Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları", Belarusda "Snayper həddi" və Özbəkistanda "Hərbi-tibbi estafet" müsabiqələrində iştirak edirlər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































