ABŞ Rusiyadan S-400 kompleksi aldığına görə NATO üzvü və müttəfiqi Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmaqla paralel Braziliyanı özünün əsas müttəfiqi elan edib.
ABŞ Prezidenti Tramp dövlət katibi Mayk Pompeoya göndərdiyi memorandumda Braziliya ilə münasibətlərin əsas müttəfiqlik səviyyəsində rəsmiləşdirilməsini istəyib.
Memoranduma görə, Braziliya NATO üzvü olmayan ciddi müttəfiq kimi tanınır. Xüsusilə, ABŞ-la müdafiə sahəsi mövzusunda əsas ölkələr kateqoriyasında qiymətləndirilir. Bu addım Braziliyaya imkan yaradacaq ki, ABŞ-dan silah alan ölkələr arasında qabaqcıl yer tutsun, Pentaqonun həyata keçirdiyi silah istehsalında iştirak etsin və ABŞ hərbçiləri ilə birlikdə təlimlərə qatılsın.
Xatırladaq ki, Prezident Tramp may ayında Konqresə göndərdiyi məktubunda "1961-ci il Xarici Yardımlar Qanunun 517-ci bölümünə uyğun olaraq Braziliyanı "NATO üzvü olmayan əsas müttəfiq" kimi elan etmək niyyətimi açıqlayıram" ifadələri işlədib.
NATO müttəfiqləri xaricində İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliya ABŞ-ın əsas müttəfiqləri elan olunub. Bu siyahıya Braziliyada əlavə edilir.
ABŞ indiyə qədər ən yaxın müttəfiqi sayılan Türkiyəni Rusiyadan S-400 kompleksi aldığına görə bağışlamır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































