ABŞ mediası radikal terror təşkilatı "Əl-Qaidə"nin liderliyində adı ön planda olan Həmzə bin Ladenin öldürüldüyü barədə məlumat yayıb.
Musavat.com bu barədə BBC Türkcəyə istinadən məlumat verir.
Həmzə bin Laden 2011-ci ildə öldürülən Üsamə bin Ladenin oğludur.
Ağ ev hələlik məlumatı təsdiqləməsə də, "NBC" televiziyası və "New York Times" qəzeti fərqli mənbələrə istinad edərək məlumatı təsdiqləyib.
"Qlobal terrorçu" siyasına daxil edilən Həmzə 11 sentyabr hadisələri zamanı təyyarələrdən birini qaçıran Məhəmməd Attanın qızı ilə evlənib.
ABŞ lideri Donald Tramp isə bu mövzu ilə bağlı gələn suala "bu barədə fikir bildirmək istəmirəm"- deyə cavab verib.
"New York Times" qəzeti bin Ladenin ölümündə ABŞ-ın da rolunun olması ilə bağlı məqaləyə yer verib.
ABŞ Dövlət Departamenti bin Ladenin ölümündən sonra Həmzənin xələf olaraq yetişdirildiyini istisna etmir. Nazirlikdən verilən açıqlamada: "Həmzənin təxminən Əfqanıstan və Pakistan sərhədində olduğunu düşünürük, İrana da keçə bilər, cənubi Asiya daxil hər yerdə ola bilər" - deyə bildirib.
30 yaşı olduğu bilinən Həmzə bin Ladenin İranda anası ilə birlikdə yaşadığı və orada evləndiyi düşünülür. Musavat
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.jpg)










.jpg)
















.jpg)


















