Ukraynanın eks-prezidenti Petro Poroşenko dövlət mühafizəsindən imtina edərək ailəsi ilə birlikdə Türkiyəyə yola düşüb. O, ailəsi ilə İstanbula uçub. Keçmiş prezidentin Türkiyəyə istirahət etmək üçün getdiyi ehtimal olunur.
Onun qohumlarının bir qismi ötən həftə, Poroşenkonun özü də daxil olmaqla, digərləri isə iyulun 28-də İstanbula uçub. Lakin onun Türkiyəyə sığınacaq üçün getdiyi versiyasını irəli sürənlər də var.
Ukrayna iqtidarındakı müəyyən dairələr güman edir ki, sabiq prezident qayıtmaya bilər. Üstəlik, Vladimir Zelenski prezident seçildikdən sonra Poroşenko istintaqa cəlb edilib. Bəs rəsmi Ankara Poroşenkoya sığınacaq verə bilərmi?
Türkiyə-Rusiya münasibətlərinin heç vaxt olmadığı qədər bu gün inkişaf etdiyini nəzərə alsaq, Moskvanın sevmədiyi Poroşenkoya Ankaranın sığınacaq verməsi Kremli qəzəbləndirə bilərmi? Politoloq Mixail Poqrebinskiy "NewsOne" telekanalına açıqlamasında deyib ki, Poroşenko geri qayıtmayacaq. O, İstanbuldan Dubaya uçub, oradan da birdəfəlik yox ola bilər. Politoloq korrupsiyada ittiham olunan prezidentin ölkədən belə rahatlıqla çıxmasına hiddətini bildirib. Poroşenko İstanbulda barəsində hər hansı cinayət işinin qaldırılmadığını iddia edən bəyanat verib.
"Poqrebinski ruspərəst siyasətçidir və onun bütün çıxışlarından görmək olur ki, Moskvanın maraqlarından danışır. Ondan başqa fikir gözləməzdim. Əgər Poroşenko ölkəsini tərk edəcəkdisə, parlament seçkisinə bu qədər enerji niyə sərf edirdi? Sadəcə, qəsdən şayiə yayırlar ki, qorxsun". Bu fikirləri "Yeni Müsavat"a siyasi şərhçi Elxan Şahinoğlu Poroşenkonun Türkiyədən sığınacaq istəməsi ehtimalı haqda danışarkən bildirdi. Politoloq Türkiyəyə və ya Dubaya ehtiyac olmadığını düşünür: "Türkiyə-Rusiya münasibətləri yaxşıdır. Sadəcə, Poroşenko istirahətə gedib. Ukraynalılar dəniz sahillərində istirahətə gedir. Düzdür, ona cinayət işi açıla bilər. Amma partiyası parlamentdə yer qazanıb. Hətta həbs təhlükəsi olsa belə, məncə, qayıdar. Amma sığınacaq istəyəcəksə, Türkiyə yox, Avropa ölkələrindən biri ola bilər". Yeni Musavat
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































