Ermənistan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin fikrini yanlış yerə yayındırmaq istədiyi üçün bu cür bəyanatlar verir.
Mediianfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Ermənistan XİN-in sərhəddə gərginliyin artmasına dair verdiyi açıqlamanı şərh edərkən qeyd edib. O bildirib ki, son zamanlar cəbhədə Ermənistanın atəşkəsi pozması bu dövlətin aqressiv, eyni zamanda, işğalçı siyasətinin mahiyyətindən irəli gəlir:
"Azərbaycan tərəfindən düşmənə tutarlı cavab verilir. Bu, Ermənistan tərəfindən bilərəkdən regionda vəziyyətin gərginləşməsi və Azərbaycan Sərhəd Xidmətinə olan bir təzyiqin nəticəsidir. Ancaq Ermənistan bilməlidir ki, aqressiv və işğalçı mahiyyəti dəyişmədikcə bu cür itkilər yaşayacaq. Bu halların qarşısını almaq istəyirsə, yeganə yol işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdır".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və snayperlərin Azərbaycan hərbi tibb xidmətinə aid maşınını gülləyə tutması barədə rəsmi açıqlama verilib. Cavab atəşi nəticəsində düşmənin atəş nöqtələri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab atəşi nəticəsində bir hərbçisinin öldüyünü, iki hərbçisinin isə yaralandığını açıqlayıb. Ermənistan XİN isə sərhəddəki gərginliyin məsuliyyətindən yayınmağa xidmət edən bəyanat verib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































