Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Bu günə qədər NATO-ya sədaqətli olub-olmamaq heç vaxt ciddi şəkildə sorğu-sual edilməyib, ancaq Türkiyənin addımlarından dolayı bu vəziyyət dəyişə bilər.
Bu açıqlama ilə avstraliyalı general-mayor Uolter Feyçtinqer çıxış edib.
O, mövcud vəziyyətin NATO-nun etibarlılığını pozduğunu söyləyib.
Türkiyənin əsas təhlükəsizlik siyasətinə ilk növbədə Suriyadakı kürd proseslərinə dəstək məsələsində ABŞ ilə baş verən mübahisənin təsir etdiyini bildirən general-mayor ümumi mənzərənin təəccüblü olmadığını vurğulayıb:
"Türkiyənin Avropa Birliyinə qoşulmaq hədəfi uzaqlaşdıqca, Ankaranın Suriyadakı hərbi varlığı onu Moskva ilə yaxınlaşdırır. Türkiyə Rusiya ilə əməkdaşlıq edərək NATO-ya olan etimadı azaldır". Axar.az