İngiltərə İran ilə gərginlik yaşadığı Hörmüz boğazına yeni gəmisini göndərib.
,"HMS Duncan" adlı gəmi artıq boğazın sularındadır.
İngiltərə Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, kral donanmasının gəmisi İngiltərə bayraqlı gəmilərin boğazda təhlükəsiz hərəkət edə bilməsi üçün "HMS Montrose" gəmisi ilə birlikdə işləyəcək. "HMS Duncan" səlahiyyətləri bu ilin avqusta ayında başa çatacaq "HMS Montrose"dən sonra da göndərildiyi yerdə qalacaq. "HMS Montrose" Yaxın Şərqdəki vəzifəsini 2022-ci ilə qədər davam etdirəcək.
Açıqlamada "HMS Kent" adlı digər bir gəminin bu ilin sonunda Hörmüzə göndəriləcəyi və "HMS Duncan"ın geri çağırılacağı da qeyd edilib.
Qeyd edək ki, İngiltərənin asılılığında olan Cəbəllütariq Suriyaya tətbiq edilən sanksiyaları pozmaqda ittiham etdiyi İranın "Grace 1" neft tankerini 4 iyulda girov götürüb. İran hökuməti isə tankerin sərbəst buraxılmasını, əks halda, sərt cavab verəcəklərini açıqlayıb. İnqilab Keşikçiləri Korpusu 19 iyulda İngiltərə bayraqlı "Steno İmpero" neft tankerini saxlayıb. İndisə Tehran və London bir-birilərini dənzi quldurluğunda ittiham edir. Publika
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















