İran Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) Hörmüz boğazında mülki gəmiçiliyin müdafiəsi üzrə missiyasının yaradılması barədə təklifini rədd edib. APA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, İran Prezidenti Həsən Ruhani bu gün bəyan edib ki, kənar hərbi qüvvələr Fars körfəzində təhlükəsizliyin möhkəmlənməsinə kömək etmir, əksinə, regionda situasiyanı gərginləşdirir.
İran hökumətinin nümayəndəsi Əli Rabi Böyük Britaniyanın ideyasını təxribat adlandırıb və İranın Fars körfəzində təhlükəsizliyin "böyük qarantı" olduğunu bildirib.
İran Xarici işlər nazirinin müavini Abbas Arakçı Böyük Britaniya tərəfindən İran tankerinin Cəbəllütarix boğazında saxlanılmasının Tehranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış razılaşmaya zidd olduğunu, beynəlxalq hüququ pozduğunu vurğulayıb.
Xatırladaq ki, iyulun 5-də Cəbəllütarix boğazında İranın "Grace 1" tankeri saxlanılıb. Tankerin Avropa İttifaqının sanksiyalarını pozduğu, Suriyaya neft daşıdığı bildirilib. İki həftə sonra - iyulun 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzi ilə Oman körfəzlərini birləşdirən Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" tankerini saxlayıb. Tehran tankerin beynəlxalq gəmiçilik qaydalarını pozduğunu bəyan edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































