Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyib Ərdoğan partiyada radikal dəyişiklik qərarı verib.
Politoloq Əminə Kaplan Ərdoğanın dəyişiklik üçün təzyiqə məruz qaldığını bildirib.
Ekspertin fikrincə, Ərdoğan payızda AKP-də ciddi islahatların aparılması üçün addımlar atmağa başlayacaq.
Kaplanın iddiasına görə, Ərdoğan bu həmlə ilə partiyadan küsənlərin sayını minimuma endirməyi, ehtimal olunan erkən seçkiyə partiyanı hazır vəziyyətə gətirməyi, sabiq nazirlər Ali Babacan və Əhməd Davudoğlunun yeni siyasi partiyanı elan etməsi ərəfəsində AKP-dan qopmaların qarşısını almağı məqsəd seçib:
"Ərdoğan fövqaladə dəyişiklik planını 2021-ci ildə həyata keçirməyi planlaşdırırdı, lakin sonuncu açıqlamasında bu prosesin payızda başlayacağı ehtimalını təsdiqlədi. Dəyişiklik prosesi bir il qabağa çəkilib".
Əminə Kaplan Ali Babacan, Əhməd Davudoğlu və sabiq prezident Abdullah Gülün yeni siyasi partiyanı payızda elan edəcəyini qeyd edərək, Ərdoğanın AKP-dəki dəyişiklik qərarının buna qarşı həmlə olduğunu vurğulayıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















