Vladimir Zelenskinin Ukraynadakı prezident seçkisindəki qələbəsində Kremlin də təsiri var.
Bunu "Apostrof"a açıqlamasında rusiyalı iqtisadçı Slava Rabinoviç deyib.
"Zelenski hazırda etibar prezumpsiyasından yararlanır ki, Poroşenkonun bacarmadığı lazımi islahatları keçirsin. Onun bunun üçün bütün vasitələri var.
Putinin həqiqətən Ukraynadakı seçkiyə təsir proqramı vardı. O, bu işdə tam olmasa da, qismən uğura nail oldu. Partiyanın açıq seçki proqramı yox idi. Partiyanın uğuru teleserial sayəsində yaradılıb və bunun sayəsində Radaya təcrübəsiz insanlar düşüb. İkinci nəticə odur ki, fraksiyada Putin agentləri də yer aldı. Bütün bunları seçkiyə Putinin müdaxiləsi adlandırmaq olar".
O, Zelenskinin hakimiyyətdən hər an devrilmək ehtimalının olduğunu da söyləyib:
"Əgər Zelenski etibar prezumpsiyasından istifadə edə bilməsə, onun fraksiyasından çoxlu sayda ayrılmalar olacaq ki, bu da partiyanın çoxluğu itirməsi deməkdir. İkincisi, impiçment prosesi başlaya bilər. Üçüncüsü isə ukraynalılar üçün hər zaman ehtiyat mexanizm var: küçəyə çıxmaq və hakimiyyəti dəyişmək". Axar.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















