Türkiyəyə hədə dolu zəng: “Bunu etsəniz, başqa yol qalmayacaq”

Türkiyəyə hədə dolu zəng: “Bunu etsəniz, başqa yol qalmayacaq”

"Türkiyə ABŞ-ın sanksiyalarına hədəf olmaması üçün "S-400" sistemlərini aktivləşdirməməlidir".

Bunu amerikalı senator Lindsey Qraham deyib.

Senator Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğluna telefon zəngində bu haqda fikirlərini ona çatdırdığını açıqlayıb:

Lindsey Qraham Çavuşoğluna etdiyi zəngdə rəsmi Ankaradan Rusiyadan alınan "S-400" hava hücumundan müdafiə sistemlərini aktivləşdirməməsini istəyib:

"Mən ona bildirdim ki, "S-400"ləri aktivləşdirməsəniz sanksiya tətbiq etməyəcəyik. Ümid edirəm ki, bu məsələdə Türkiyəni razı sala biləcəyik. Sistemlər aktivləşdirilsə, sanksiyadan başqa variant qalmayacaq".

Qraham "S-400"lərin aktivləşdirilməsi vəziyyətində ABŞ-Türkiyə münasibətlərinin qaranlıq yola yönələcəyini bildirib.

Ağ Evdən məsələ ilə əlaqədar açıqlama verilməyib.


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az