Əgər ABŞ-ın İranla qarşılıqlı münasibətləri hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman amerikalıların güvənə biləcəyi yeganə ölkələr – Böyük Britaniya və Səudiyyə Ərəbistanıdır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov Vaşinqtonun Yaxın Şərqdəki ənənəvi müttəfiqi Türkiyə ilə münasibətlərinin pozulması fonunda Pentaqonun İrana hücum üçün Azərbaycana arxalanmasına dair İrəvanda yayılan fərziyyələrə münasibət bildirərkən deyib.
"Erməni "ekspert"lərin yazdığı kimi ABŞ arxalanmalı olmayacaq. Bakı nə üçün öz ərazisini İrana zərbə endirilməsi üçün təqdim etməlidir? Bu absurd və anlamsızdır", - Mixaylov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan İranla konfliktə girməyəcək. Üstəlik tamamilə aydındır ki, rəsmi Bakı Türkiyə və Rusiyanın da maraqlarına zidd hərəkət etməyəcək. Çünki bu cür addım sözügedən ölkələr üçün, yumşaq şəkildə desək, "dostcasına olmayan" addım kimi görünəcək. Bu fikirlər dırnaqarası ekspertlər tərəfindən bilərəkdən yayılır.
"Biz başa düşürük ki, İrana hava zərbəsi endirilməsi üçün ən münasib ərazi kimi Gürcüstan və tamamilə Qərbə tərəf çevriləcəyi halda Ermənistanı göstərmək olar. Qoy İrəvanın yeni rəhbərliyi sədaqət və strateji tərəfdaşlıq barədə sözlərini Ermənistanda baş verənləri anlamayanlara saxlasın", - ekspert bildirib.
Sonda ekspert vurğulayıb ki, Bakı özünün bloklarsız mövcudluq strategiyasını izləyir.
"İrəvan titrəyir, siyasi cəhətdən stabil deyil, Bakı isə heç bir hərbi-siyasi bloka qoşulmamaqla bağlı qəti mövqeyə sahibdir. Bu, daha düzgündür", - politoloq bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































