Düşmənin təhrik xarakterli hərəkətlərini "Şərq"ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq atəşkəsi pozması provakativ xarakter daşıyır. Partiya funksioneri xatırladıb ki, 2016-cı ilin aprelində növbəti erməni təxribatı ordumuzun güclü əks həmləsi ilə üzləşib:
"Aprel döyüşlərinin əhəmiyyəti və mahiyyəti Azərbaycanda böyük ruh yüksəkliyi yaratdı. Ən əsası torpaqlarımızın işğaldan azad olunmasının mümkünlüyünə inamı artırdı. Əks həmlənin dayandırılması beynəlxalq güclərin təzyiqi ilə baş versə də, düşmən artıq orumuzun gücünü və millətin döyüş ruhunu gördü. Aprel döyüşləri ərəfəsində ATƏT yeni təkliflərlə çıxış edərək snayperlərin sərhəd xəttindən çəkilməsini istədi. Hətta bu barədə münaqişə tərəflərinin razılşaması oldu. Lakin ermənilər hələ də təxribatlardan əl çəkmir. Son günlər Ermənistanla sərhəddə atəşkəsin dəfələrlə pozulması və əsgərimizin yaralanması ermənilərin təşviş içində olmasından xəbər verir. Ermənistan bu hərəkətləri ilə beynəlxalq qurumlara sübut etməyə çalışır ki, təmas xəttində vəziyyət hər an nəzarətdən çıxa bilər. Bununla da daxili çəkişmələrə başı qarışan Ermənistan beynəlxalq ictimaiyətin diqqətini cəlb etməklə status-kvonu bir qədər uzatmağa çalışır".
Analitikin sözlərinə görə, Paşinyanın separatçı rejim rəhbərliyi ilə münasibətlərinin gərgin olması və Rusiyaya bağlı olan "Qarabağ klanı"nın güclü təzyiqləri onu çıxılmaz vəziyyətə salır: "Atəşkəsin pozulması hallarının Gürcüstanla sərhəddə baş verən "Keşikçidağ" Alban kilsəsi insidenti ilə üst-üstə düşməsini təsadüfi saymıram. Regionda gərginliyin səngiməsi ilk növbədə Rusiya hakimiyyətinə sərf etmir.
Ukraynadakı seçkilərə müdaxilə edə bilməyən Rusiya bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Ona görə də Dağlıq Qarabağ münaqişəsilə bağlı kifayət qədər məşğul olmaq imkanları azaldığı üçün danışıqlar prosesini pozaraq zaman qazanmaq niyyətindədir.
Dağlıq Qarabağ münaqişəsini ikinci plana çəkərək Gürcüstan və Ukrayna ilə məşğul olmağı üstün tutan Rusiya həm də Qarabağın separatçı rejimini dəstəkləyir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































